Avropa və Rusiyanı bürüyən YANACAQ BÖHRANI – Qlobal iqtisadiyyat yeni risklərlə ÜZ-ÜZƏ

Avropa və Rusiyanı bürüyən YANACAQ BÖHRANI – Qlobal iqtisadiyyat yeni risklərlə ÜZ-ÜZƏ

Hazırda oxunan: Avropa və Rusiyanı bürüyən YANACAQ BÖHRANI – Qlobal iqtisadiyyat yeni risklərlə ÜZ-ÜZƏ

622916

Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl zərbələrdən sonra yanacaq qıtlığı yaranıb. Və bu qıtlıq fonunda Moskva Hindistandan benzin almağa başlayıb.

Moskva artıq Hindistandan yanacağın ilk partiyalarını idxal edib. Rusiyanın yaxın aylarda hər ay Hindistandan 400 min tona qədər benzin idxal etməyi planlaşdırdığı bildirilir.

Qeyd olunur ki, yaranmış kəskin defisiti aradan qaldırmaq üçün bir qədər əvvəl "enerji fövqəldövləti" hesab olunan Rusiyanı yanacaqla təmin etməyə Belarus başlamışdı. İndi isə daxili bazarı qorumaq məqsədilə prosesə Hindistan da qoşulub.

Nəzərə alaq ki, Avropada da oxşar mənzərə yaşanır. Yanacaqdoldurma məntəqələrinin qarşısında avtomobillərin uzun növbəsi yaranıb.

Bu vəziyyət dünya iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Ukraynanın effektiv raket zərbələri nəticəsində Rusiyada neft emalı 20 faiz azalıb:

“Emalın 1/5 hissəsinin azalması isə kifayət qədər böyük rəqəmdir. Ukrayna öz hücumları üçün maraqlı bir zaman seçib. Belə ki, Rusiyada kənd təsərrüfatı mövsümü başlayır. Bu da dizel yanacağının ən çox istehlak olunduğu dövrdür.

Nəzərə alaq ki, Rusiya həm də aqrar ölkədir. Aqrar ölkə olduğu üçün də dizel yanacağından çox istifadə edilir. Yanacaq istehsalının azalması Rusiyanı ordu ilə kənd təsərrüfatı arasında seçim etməyə məcbur edir. Halbuki  hər iki sahə Rusiya üçün prioritetdir. Ona görə də ölkədə ciddi yanacaq qıtlığı yaşanır”.

Müsahibimiz Avropadakı vəziyyətə də toxunub:
 

“Burada vəziyyət fərqlidir. Avropadakı son yanacaq qıtlığı əsasən Hörmuz boğazı ilə əlaqəli idi. Bilirsiniz ki, Hörmüz boğazından sutkada 20 milyon barrel neft ötürülürdü. Bunun da yarısı Avropanın emal sənayesinə gedirdi. Lakin, boğazda yaranan böhran səbəbilə Avropaya ötürülən neftin həcmi kəskin şəkildə azaldı.


Amma indi bu problem aradan qalxıb. Lakin başqa bir problem hələ də qalmaqdadır. Bu da anomal hava şəraitidir. Yüksək temperatur Avropada yanacağın daşınmasına ciddi şəkildə əngəl törədir. İstidən bəzi yerlərdə elektrik naqilləri qırılır. Bu da yük qatarların hərəkətində fasilə yaradır. Ona görə də Avropadakı vəziyyətlə Rusiyadakı durumun oxşarlığı olsa da, səbəblər başqadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO