Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft məhsullarının SİYAHISI – FOTO

Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft məhsullarının SİYAHISI – FOTO

Hazırda oxunan: Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft məhsullarının SİYAHISI – FOTO

620721

“Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub ki, onun da 4 milyard 698 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində diqqəti çəkən məqam qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin 4 aylıq qeyri neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Bəs, qeyri neft-qaz ixracatında kəskin artımın səbəbi nədir?

Deputat qeyd edib ki, bu ilin ilk 4 ayına qeyri neft-qaz ixracatındakı 4.4 dəfəlik artım işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızıl ixracatı ilə bağlıdır:

“Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən növ qızıl ixracatı real ifadədə 18, cari qiymətlər ilə isə 37 dəfə artıb. Həmin dövrdə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib. Faiz deyil, dəfə ilə ifadə olunan digər artım şəkər ilə bağlıdır. İxracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar valyuta gətirib. 2.6 dəfə artım qeydə alınan pambıq ipliyinin ixrac dəyəri 16.4 milyon dollar olub. Kartof ixracatı sözügedən dövrdə 2.1 dəfə artıb. Bu məhsul ölkəyə 4 milyon dollara yaxın valyuta gətirib.
 

Bütövlükdə, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib: 165.1 milyon dollar. Üçlüyü 92.7 milyon dollar ilə pambıq lifi tamamlayıb.


Qeyri neft-qaz ixracatındakı artımlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün vacib faktorlardandır. Son artımlar ilə yanaşı, təbii ehtiyata əsaslanmayan qeyri neft-qaz məhsullarının ixracatının təşviqi prioritet olaraq qalmaqdadır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO