"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

617844

Son sutkada kriptovalyuta bazarında əsas aktivlərdə yüksəliş müşahidə olunub.

Bizim.Media CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,27% artaraq 2,16 trilyon dollara çatıb.

Bazarın ən böyük kriptovalyutası olan Bitcoinin (BTC) qiyməti son 24 saatda 2,13% artaraq 62 860 dollara yüksəlib. Bununla belə, BTC-nin qiyməti son 7 gündə 14,3% azalıb.

“Ethereum”un (ETH) qiyməti son sutkada 4,83% artaraq 1 663 dollara, BNB-nin qiyməti isə 3,32% yüksələrək 597 dollara çatıb. Eyni dövrdə Monero (XMR) 3,95%, Bittensor (TAO) isə 3,87% bahalaşıb.
 

Qızıl əsaslı rəqəmsal aktivlərdən PAX Gold (PAXG) 0,23% artaraq 4 310 dollara, Tether Gold (XAUt) isə 0,05% yüksələrək 4 297 dollara çatıb.


CoinMarketCap 20 indeksinin (CMC20) dəyəri də son 24 saatda 2,79% artaraq 126,97 bənd olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO