Azərbaycanda biznes kreditlərinin həcmi artıb

Azərbaycanda biznes kreditlərinin həcmi artıb

Hazırda oxunan: Azərbaycanda biznes kreditlərinin həcmi artıb

615923

Bu ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat) paya malik olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 97,8 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,4 milyard manat və yaxud 9,1% çoxdur.
 

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,461 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 53,6 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövrünə nisbətən isə 61,6 milyon manat və ya 0,7% artım deməkdir.


Eyni zamanda bu ilin mayın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,308 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 15,6 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 404,4 milyon manat və ya 21,2% çoxdur.

Həmçinin 2026-cı ilin mayın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,784 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 51,7 milyon manat və ya 3%, illik müqayisədə isə 267,5 milyon manat və ya 17,6% artım deməkdir.
 

Bundan başqa, bu ilin mayın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,760 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 84,1 milyon manat və ya 2,3%, illik müqayisədə isə 626,4 milyon manat və yaxud da 20% çoxdur.


Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,609 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat), istehlak kreditlәri 31,5% (9,629 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,667 milyard manat) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO