Şəkər istehsalında KƏSKİN ARTIM – Qiymətlər ENƏCƏK?

Şəkər istehsalında KƏSKİN ARTIM – Qiymətlər ENƏCƏK?

Hazırda oxunan: Şəkər istehsalında KƏSKİN ARTIM – Qiymətlər ENƏCƏK?

614807

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda şəkər və qənd istehsalında ciddi artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin göstəricilərə əsasən, hesabat dövründə ölkədə 119,6 min ton şəkər istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.

Maraqlıdır, bazarda təklifin artması qiymətlərə təsir edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, şəkər istehsalının 40 faiz artması qiymətlərin düşməsinə birbaşa əsas yarada bilməz:
 

“Qiyməti formalaşdıran maya dəyərdir. Təklif arta bilər. Amma məhsulun bazardakı qiymətinin aşağı düşməsi üçün maya dəyər aşağı enməlidir. Yalnız bu zaman qiymətlərin enmə zərurəti yaranacaq.


Lakin bütün hallarda istehsalın 40 faiz artması müsbət hadisədir. Bu artım ən azı idxalın azalmasına təsir edəcək. Əgər idxal edilən şəkər daha baha başa gəlirsə, o zaman yerli istehsalın artımı qiymətlərə öz təsirini göstərəcək. Üstəlik, yerli istehsalın artması ixrac imkanlarını da yüksəldir. Ola bilsin ki, istehsal edilən şəkərin bir qismi ixraca yönəlsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO