Bu il ödənilən müavinət və təqaüdün MƏBLƏĞİ AÇIQLANDI

Bu il ödənilən müavinət və təqaüdün MƏBLƏĞİ AÇIQLANDI

Hazırda oxunan: Bu il ödənilən müavinət və təqaüdün MƏBLƏĞİ AÇIQLANDI

613868

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 

Bildirilib ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib.


Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.

Yanvar-aprel aylarında daha 52 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 931 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO