Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal ediləcək - FOTO

Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal ediləcək - FOTO

Hazırda oxunan: Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal ediləcək - FOTO
61358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho ilə görüşündə bildirilib.

Məlumata görə, nazir Azərbaycanın Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda avtomobil istehsalı 5 faizə qədər artıb


Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Bizim.Media

Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal ediləcək - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO