Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

Hazırda oxunan: Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

611211

Bitcoinin qiyməti 79,5 min dollara qədər yüksələrək son üç ay üzrə maksimum göstəricini yeniləyib.

Bizim.Media xəbər verir ki, bazarda müşahidə olunan optimizm Yaxın Şərqdə gərginliyin azalması və ABŞ-də pul-kredit siyasətinin yumşaldılacağına dair gözləntilərlə əlaqələndirilir.
 

Məlumata görə, Senatın Kevin Uorşun ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləməsi faiz dərəcələrinin daha tez endiriləcəyi ilə bağlı gözləntiləri gücləndirib.


Hazırkı FES rəhbərinin səlahiyyət müddəti mayın 15-də başa çatır.

Qeyd edilir ki, digər kriptovalyutalar üzrə artım tempi Bitcoin ilə müqayisədə xeyli zəif qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO