Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

Hazırda oxunan: Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

611068

“Qurban bayramı ərəfəsində ət və qurbanlıq heyvanın qiyməti hər il artır. Bu il də eyni halın yaşanması gözlənilir. Bayram bu il 27-28 may tarixlərinə təsadüf edir. Bayrama yaxınlaşdıqca tələb çoxaldığı üçün qiymətlər də yüksəlir”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR


O bildirib ki, keçən illə müqayisədə bu il yem, dərman, nəqliyyat və saxlama xərcləri təxminən 20 faiz bahalaşıb:

“Fermerlər də heyvanı kəsimə vermək əvəzinə qurbanlıq kimi satmağa üstünlük verir. Ona görə bazarda ət azaldıqca qiymət qalxır.

İlkin proqnozlara görə 2026-cı ildə Bakı və ətrafında qoyunun qiyməti 320 manatdan başlayıb 430 manata qədər, keçi 300-400 manat, dana isə 2600 manatdan 4200 manata qədər olacaq. İribaş heyvanı 7 nəfər şərik kəssə, bir nəfərə təxminən 400-600 manat xərc düşəcək.

Qəssabxanalarda da qiymət qalxır.

İndi 16-18 manata olan mal əti bayramqabağı 19-22 manata, 18-20 manata olan qoyun əti isə 22-25 manata çata bilər. Bayram günü və ondan sonrakı iki gündə qiymətə əlavə 1-2 manat da gələ bilər.

Qiymət artımından yayınmaq üçün heyvanı bayramdan 2-3 həftə əvvəl almaq sərfəlidir, çünki son günlər 10-15 faiz baha satılır. Rayonlardan gətirilən heyvanlar da Bakıdakıdan bir az ucuz olur. Bir neçə ailə birləşib dana alsa, hissəbaşı 50-100 manat qənaət etmək mümkündür. Vəkil ilə kəsim də variantdır, onun qiyməti təxminən 800-850 manat civarında olacaq.


Ümumilikdə 2026-cı ildə qurbanlıq və ət keçən ilə nisbətən orta hesabla 15-25 faiz bahalaşacaq. Əsas səbəb xərclərin artması və bayramqabağı tələbin çoxalmasıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO