Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Hazırda oxunan: Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK
611039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı mayın 6-da Mərkəzi Bankda bununla bağlı mətbuat konfransı keçiriləcək.

AMB ilin əvvəlində uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirib.
 

Bununla belə aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrlərini sabit saxlayıb. Qeyd olunub ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.


Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO