Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Hazırda oxunan: Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO
603401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi hallarda eyni problem Cənubi Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər.

Ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir.

Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.

Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO