Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Hazırda oxunan: Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı
603264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollar və ya 82,2 dəfə çoxdur.
 

Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil edib. 2024-cü il ərzində Azərbaycandan Omana birbaşa investisiyaların ümumi həcmi 171 min ABŞ dollarına bərabər olmuşdu.


Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO