Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Hazırda oxunan: Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI
602267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin yanvar ayında ölkəyə 6774 ədəd minik avtomobili, 569 ədəd yük avtomobili, 189 ədəd avtobus idxal olunub.

Bizim.Media xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Qeyd edilib ki, idxal olunan malların 62,4 faizini avtomobil, 13,6 faizini dəmir yolu, 12,4 faizini dəniz, 10,7 faizini hava, 0,7 faizini digər daşınma vasitələri ilə gətirilmiş, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Bundan əlavə, yanvarda Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları da açıqlanıb.
Belə ki, ixrac dəyərinin 53,1 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 4,3 faizini Rumıniyaya, 3,8 faizini Bolqarıstana, 3,6 faizini Rusiyaya, 3,1 faizini Gürcüstana, 2,2 faizini Almaniyaya, 2,1 faizini Yunanıstana, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini Xorvatiyaya, hər biri 1,7 faiz olmaqla Çexiya və İsveçrəyə, 1,5 faizini Suriyaya, 1,3 faizini Tunisə, 0,8 faizini İndoneziyaya, 0,7 faizini Ukraynaya, 0,6 faizini Serbiyaya, hər biri 0,5 faiz olmaqla Qazaxıstan və Çinə, hər biri 0,3 faiz olmaqla ABŞ, Əfqanıstan və Belarusa, 1,8 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO