Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO
600771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildiriblər ki, Baş nazir, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsində olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib.
 

AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov iclasda təqdim olunan məsələlərə dair çıxış ediblər.


İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO - foto 1
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO - foto 2
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO - foto 3
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO