Maliyyə Nazirliyindən inhisarçılıq və haqsız rəqabətlə bağlı AÇIQLAMA 

Maliyyə Nazirliyindən inhisarçılıq və haqsız rəqabətlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Maliyyə Nazirliyindən inhisarçılıq və haqsız rəqabətlə bağlı AÇIQLAMA 
58492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İnhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən Rəqabət Məcəlləsinin qəbul olunmasını Maliyyə Nazirliyi də digər dövlət orqanları kimi olduqca vacib hesab edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib. 

Nazirlik rəsmisi qeyd edib ki, ötən ilin avqust ayında razılaşdırılmaq üçün nazirliyə daxil olan Rəqabət Məcəlləsinin layihəsinə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış rəy və təklif elə həmin ay müvafiq dövlət orqanına təqdim olunub: 

“Hazırda isə sözügedən sənədlə bağlı hər hansı dövlət qurumundan göndərilmiş sənəd Maliyyə Nazirliyində icraatda mövcud deyil”. 

Qeyd edək ki, Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib.
Lakin daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO