Təqaüdçülər və şagirdlər üçün ictimai nəqliyyatda güzəştlər parlamentin GÜNDƏMİNDƏ

Təqaüdçülər və şagirdlər üçün ictimai nəqliyyatda güzəştlər parlamentin GÜNDƏMİNDƏ

Hazırda oxunan: Təqaüdçülər və şagirdlər üçün ictimai nəqliyyatda güzəştlər parlamentin GÜNDƏMİNDƏ
579374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunmasına ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bunu  İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması olduqca zəruridir.

“Ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadənin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsinə də diqqət yönəltmək istəyirəm”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO