Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib - FOTO

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib - FOTO

Hazırda oxunan: Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib - FOTO
576523
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 38 hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd olunan dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.
 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3176-sı torpaq sahələri üzrə olmaqla 3686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.


Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon manat vəsait daxil olub.

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib - FOTO - foto 1
Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO