Bu ərzaq məhsulları BAHALAŞACAQ – SİYAHI

Bu ərzaq məhsulları BAHALAŞACAQ – SİYAHI

Hazırda oxunan: Bu ərzaq məhsulları BAHALAŞACAQ – SİYAHI
575627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin sonuna kimi bəzi ərzaq məhsullarının qiyməti artacaq. 


Bu barədə Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məlumat verib.

İqtisadçı bahalaşması gözlənilən məhsulların siyahısını və səbəblərini açıqlayıb.
 

“İlk olaraq, qoz və badamın qiyməti artacaq. Çünki həm yerli istehsal azdır, həm də ixrac yönümlüdür. Zeytun və zeytun yağı da bahalaşacaq.  Aralıq dənizi bölgəsində məhsuldarlığın azalması dünya qiymətlərini qaldırıb.


Payız məhsulunun azalması və saxlama xərclərinin artması səbəbindən kartof və soğanın qiymətində 10–15% bahalaşma ola bilər” .


Qiyməti daim müzakirəli olan ət də bahalaşacaq?

“Ət və süd məhsulları bahalaşacaq. Çünki  yemin bahalaşması və heyvandarlıq xərclərinin artması bu sektorda da qiymətləri yuxarı çəkir.

Dünya bazarında şəkər və buğda qiymətlərində dalğalanma müşahidə olunur. Buna görə də bu məhsulların da qiymətində artım ola bilər”,- deyə Akif Nəsirli qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO