"GoldenPay"-ın səhmlərinin satılacağı tarix açıqlandı

Hazırda oxunan: "GoldenPay"-ın səhmlərinin satılacağı tarix açıqlandı

55476
"GoldenPay" şirkətinin səhmlərinin birjada kütləvi satışı barədə qərarı bazarda böyük maraqla qarşılanıb. 
Moderator.az marja.az-a istinadən xəbər verir ki,bir çox investorlar səhmlərin satışına nə vaxt başlanılacağını səbrsizliklə gözləyirlər.

Bu gün "GoldenPay" şirkətinin İPO şərtlərinin müəyyənləşdrilməsi və digər investisiya bankçılığı xidmətlərinin alınması üçün səlahiyyət verdiyi “PaşaBank” ASC,  səhmlərin satışına başlanılacağı vaxtı açıqlayıb.

Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov “Marja”ya bildirib ki, "GoldenPay" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsinə bu ilin sonuna qədər başlanılması  nəzərdə tutulub. Ən geci, 2015-ci ilin birinci rübündə bu prosesə start veriləcəkdir.

Taleh Kazımov qeyd edib ki, "GoldenPay" şirkətinin İPO-su ilk olduğundan gələcək İPO-lar onun uğurundan asılıdır:

“Biz istəyirik ki, həm texniki, həm də hüquqi tərəfdən maksimal qədər yaxşı hazırlaşaq. Çünki "GoldenPay"ın İPO-su bazarda bençmark olacaqdır. İlk İPO uğursuz alınarsa, səhmlərinin kütləvi satışını düşünən digər şirkətlərin qiymətli kağızlar bazarına inamı azalar”.

Taleh Kazımov vurğulayıb ki, QoldenPey şirkətinin 5 illik strategiyası İPO prosesinin  iştirakçıları tərəfindən bəyənilib:

“Strategiyaya sual yoxdur, müsbətdir və şirkətin uğurlu inkişafı gözlənilir. Hal-hazırda İPO-ya görə texniki və hüquqi tərəfdən işlər aparılır. Bu baxımdan da problemlər yoxdur”.

Taleh Kazımov əlavə edib ki, investorların qiymətli kağızları, o cümlədən QoldenPeyin səhmləri  daha rahat əldə edə bilmələri üçün onlayn sifariş sistemi yaradılır. Hər bir kəs evində və ya işində oturub qiymətli kağızları alıb-sata biləcəkdir.

Qeyd edək ki, 3 Sentyabr 2014-cü il tarixində QoldenPey şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. İclasda şirkətin növbəti 5 ilə inkişaf strategiyası və onun icra mexanizmləri müzakirə olunmuşdur. Səhmdarlar strategiyanın icrası üçün tələb olunan maliyyə resurslarının bir hissəsinin şirkətin səhmlərinin birjada kütləvi satışı (İPO) vasitəsilə cəlb edilməsinə qərar vermişdir. Bununla əlaqədar, şirkətin idarə heyətinə İPO şərtlərinin müəyyənləşdrilməsi və digər investisiya bankçılığı xidmətlərinin alınması üçün PaşaBank ASC ilə müqavilə imzalamaq səlahiyyəti verilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO