AZAL-dan biletlərin qiyməti ilə bağlı AÇIQLAMA - Ucuzlaşma olacaq...

AZAL-dan biletlərin qiyməti ilə bağlı AÇIQLAMA - Ucuzlaşma olacaq...

Hazırda oxunan: AZAL-dan biletlərin qiyməti ilə bağlı AÇIQLAMA - Ucuzlaşma olacaq...
55244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula reyslərə biletlərin qiyməti ilə bağlı müzakirələrə aydınlıq gətirib.

AZAL-dan Bizim.Media-ya bildirilib ki, aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir.

"Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.
 

Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.


Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcəkdir", - məlumatda deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə xüsusilə, 2 fevral tarixinə olan qiymətlərə istinad edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO