“Neft haqqında bu vaxta qədər verilən heç bir proqnoz özünü doğrultmayıb” – İlham Şaban

“Neft haqqında bu vaxta qədər verilən heç bir proqnoz özünü doğrultmayıb” – İlham Şaban

Hazırda oxunan: “Neft haqqında bu vaxta qədər verilən heç bir proqnoz özünü doğrultmayıb” – İlham Şaban

49605

Son günlər neftin qiymətində kəskin bahalaşma müşahidə edilir. Hətta birjalarda  bu gün neftin qiyməti 1 barelə görə 75 dollar hesablanıb. Mütəxəssilər özləri də məsələnin tam dəqiq səbəbini araşdırmaqda çətinlik çəkirlər. Çünki hazırda bu artım barədə heç kim dolğun məlumata sahib deyil.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Bizim.Media-ya açıqlamasında qeyd edir ki, hazırda neftin qiymətində qeyri-stabillik hökm sürür. 
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


“Həftənin əvvəlində neftin qiyməti 2% düşürsə, o biri gün bu göstəricinin 4% artımı müşahidə edilir. Ümumiyyətlə, nə Rusiya, nə regional mətbuat, birjanın brokerləri, analitiklər qiymətin nəyə görə artdığı haqqında  dəqiq mülahizələri, dolğun fikirləri yoxdur”. 

Mütəxəssis qeyd edib ki, dekabrın 8-də ABŞ-da Enerji Administrasiyası neftin həftəlik ehtiyatları ilə bağlı növbəti hesabatını açıqlayacaq. Administrasiyanın proqnozuna görə, neft ehtiyatları kəskin azalacaq və bunun fonunda qiymətlərin artımı müşahidə olunacaq. 

“Ötən həftə neftin qiymətini aşağı salan əsas drayver rolunda “Omikron” COVİD-19-un yeni ştampının böyük təhlükələr, onun iqtisadiyyata vuracağı ziyanla bağlı yazılar dərc olundu. Lakin bu həftə bu yanaşmanın düzgün olmaması barədə mülahizələr yayıldı. Başqa bir tərəfdən OPEC+ hesabatında qeyd olunurdu ki, gələn il bazarda neftə kifayət qədər təlabat yaranacaq. Bir qisim mütəxəssis isə bunun əksinin olduğunu qeyd edir. Bu sahədə bir qeyri-müəyyənlik hökm sürür”. 

İlham Şaban həmçinin bildirib ki, OPEC+ dekabr 2-dəki görüşündən da bazarda heç bir stabillik əldə olunmayıb. Onun sözlərinə görə, neftin qiyməti dekabr ayında da durmadan artıb. Hazırda neft 70-75 dollar dəhlizində ticarətə meyillidir. 

İlham Şaban 2022-ci ildə neftin qiymətinin necə olacağını, ona nə qədər ehtiyacın yaranması barədə də mülahizələr edib. Onun fikrincə, indiyə qədər neft haqqında verilən proqnozlar özünü heç vaxt doğrultmayıb.

“OPEC və Beynəlxalq Enerji Agentliyi hələki neftin 2022-ci il üçün olan proqnozlarını açıqlamayıb. Lakin bir-sıra banklar, əsasən ABŞ bankları bununla bağlı fikirlər söyləyiblər.

Cari il üçün orta qiymət bir barel neft üçün 73 dollar qiymət gözlənilirsə, gələn il üçün bunun 75-76 dollara qədər yüksəlməsi proqnozlaşdırılır. Bir qisim isə gözləyir ki, neftin qiymətində 2022-ci ildə 68-69 dollara qədər azalma müşahidə olunacaq. Ancaq qeyd edim ki, indiyə qədər verilən proqnozların heç biri özünü praktikada tapmayıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO