Hava və işıqdan yanacaq istehsal edildi – Dünyada ilk 

Hava və işıqdan yanacaq istehsal edildi – Dünyada ilk 

Hazırda oxunan: Hava və işıqdan yanacaq istehsal edildi – Dünyada ilk 
44615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alimlər adi hava və günəş işığından yanacaq istehsal etmək üçün sınaq zavodu yaradıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İsveçrənin Sürix Ali Texniki Məktəbinin saytında dərc olunub. 
 

Tədqiqatçılar öz kəşflərini son nəticədə aviasiyaya karbon tullantılarından qurtulmağa kömək edəcək mühüm mərhələ kimi görürlər, lakin belə bir yanacağın istehsalının kommersiya həcmində istifadəyə verilməsinə qədər hələ çox iş görməli olduqlarını bildiriblər. 


Sistem İsveçrənin Sürix Ali Texniki Məktəbinin müəllimi Aldo Ştaynfeldin nəzarəti altında hazırlanıb.

Cihaz Günəşdən enerji alır və havadan karbon qazı, suyu tutur. Su və qazın qarışığı reaktora daxil olur və burada günəş işığı onları karbon monoksid və hidrogenə çevirir.

Sonra bu qazların qarışığından maye karbohidrogenlər əmələ gəlir: qurğu benzin, kerosin, metanol və ya digər yanacaq növləri istehsal edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO