BP Azərbaycanla bağlı növbəti planları müzakirə etdi – Səfərin detalları 

BP Azərbaycanla bağlı növbəti planları müzakirə etdi – Səfərin detalları 

Hazırda oxunan: BP Azərbaycanla bağlı növbəti planları müzakirə etdi – Səfərin detalları 

43615

Xəbər verdiyimiz kimi, BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell oktyabrın 25-dən başlayaraq Azərbaycanda üçgünlük işgüzar səfərdə olub. 

Bizim.Media xəbər verir ki, səfər zamanı Birrell bp-nin regiondakı biznes rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirib və bp-nin əməliyyatçısı olduğu "Şahdəniz Bravo" platformasına və Səngəçal Terminalına (Bakı yaxınlığında, quruda yerləşir) baş çəkib. 
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir BP-nin vitse-prezidenti ilə görüşdü


Səfər çərçivəsində həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirilib, regionda bp-nin icraçısı olduğu layihələr, eləcə də bp ilə Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığının davam etdirilməsi üçün növbəti planlar və yeni imkanlar müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO