Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə xərclər artıb? - RƏSMİ

Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə xərclər artıb? - RƏSMİ

Hazırda oxunan: Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə xərclər artıb? - RƏSMİ
31436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə xərclər təxminən 81 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

O cümlədən, son 1 ildə kəmər üzrə əməliyyat xərcləri təxminən 44% artaraq 69 milyon dollara çatıb, əsaslı xərclər isə 14% azalaraq 12 milyon dollara düşüb.

Hazırda kəmər əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO