Hərracda 16 nəqliyyat vasitəsi satılıb

Hərracda 16 nəqliyyat vasitəsi satılıb

Hazırda oxunan: Hərracda 16 nəqliyyat vasitəsi satılıb
258922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.

Bizim.Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
 

Rəqabətli keçən hərracda start qiyməti 8500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 min 800 manata, 8200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 min 700 manata satılıb.


Cari ay ərzində növbəti hərraclar iyulun 15-i, 22-si və 29-da keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO