Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək

Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək

Hazırda oxunan: Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək
221345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 37,8 milyard kubmetr təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ötən illə müqayisədə 3,8 % artım deməkdir.

Gələn il isə Azərbaycanda əmtəəlik qaz hasilatının bu ilə nisbətən 1,6 % artaraq 38,4 milyard kubmetrə çatacağı gözlənilir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 4,7 % çox - 41 milyard 625,4 milyon kubmetr, o cümlədən əmtəəlik qaz hasilatı 6,8 % çox - 31 milyard 727 milyon kubmetr təşkil edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 3,8 % çox - 48 milyard 496,7 milyon kubmetr qaz, o cümlədən 4,2 % çox - 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz hasil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO