BP 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşdı

BP 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşdı

Hazırda oxunan: BP 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşdı
219249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin noyabrında imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb.

“Petrol Ofisi” keçən il imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin təhvilini başa çatdırdığını açıqlayıb.

1912-ci ildən Türkiyədə xidmət göstərən İngiltərənin neft nəhəngi BP (British Petroleum) 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşıb.

BP Türkiyə kimi fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin qısa müddət ərzində lövhələrini dəyişdirəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO