Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?

Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?

Hazırda oxunan: Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?
212342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər maliyyə bazarında bir ajiotaj var. “Qara bazar”da dollar bir neçə qəpik bahalaşıb. Bəzi bankların da dollar satmağa maraq göstərmədiyi bildirilir. Halbuki, birjada dollara tələbat əvvəlki qaydada qalır.

Bəs, ajiotaja səbəb nədir?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, maliyyə bazarında hər hansı bir problem yoxdur:

“Çünki Mərkəzi Bank və hökumət istənilən ajiotajın qarşısını almaq iqtidarındadır. Məsələn, hərracda satılan dolların həcmini artıran kimi ajiotaj da bitər. Bu ajiotaj sadəcə kommunikasiyanın zəifliyindən irəli gəlir. Digər səbəbsə bankların işinə müdaxilələrin olmamasıdır. Halbuki, Mərkəzi Bank dolayısı ilə bankaları işinə müdaxilə edə bilər. 

Söhbət təbii ki, dollar satışına müdaxilədən gedir. Bu cür müdaxilə də həm cəmiyyət, həm də iqtisadiyyat üçün vacibdir. Belə bir müdaxilə olacağı təqdirdə, bütün ajiotaj aradan qalxacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO