Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO 

Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO 

Hazırda oxunan: Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO 
186587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib, həmçinin, Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb.

Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən, qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd olunub.

Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi, “yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin, Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanlarını nəzərdən keçiriblər.

Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 1
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 2
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 3
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 4
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 5
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 6
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 7
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 8
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 9
Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdi – FOTO  - foto 10

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO