“Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI 

“Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI 

Hazırda oxunan: “Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI 
176695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ləğvedilmə prosesində olan “Azər-Türk Bank” ASC-nin balasından olan 11 avtomobil hərrac yolu ilə satışa çıxarılır. 

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin mart ayının 4-də saat 10:00-da hərraca çıxarılacaq avtomobillər haqqında elan verib. 

Satışa çıxarılan nəqliyyat vasitələri 2005-2015-ci illər arasında istehsal olunub. Belə ki, onların  biri 2005-ci ilin “Nissan Altima”, biri 2011-ci ilin “Toyota Avalon”, beşi 2014-cü ilin istehsalı olan “Volkswagen Passat”, dördü isə 2015-ci ilin “Audi A6” markalı nəqliyyat vasitələridir. 
Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin hesabına köçürülməlidir.

Hərraclarda iştirak etmək istəyən şəxslər əsas sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.


“Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI  - foto 1


Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO