Taksilərlə bağlı YENİLİK – “Bunu etməyənlər min manat CƏRİMƏ OLUNACAQLAR”

Taksilərlə bağlı YENİLİK – “Bunu etməyənlər min manat CƏRİMƏ OLUNACAQLAR”

Hazırda oxunan: Taksilərlə bağlı YENİLİK – “Bunu etməyənlər min manat CƏRİMƏ OLUNACAQLAR”

176624

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimini tənzimləyib. 

Belə ki, Vergi Məcəlləsinin 220.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, taksi sifarişi operatorlarının müəyyənləşdirilən aylıq məlumatları malik olduqları informasiya sistemi vasitəsilə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüləri ilə bağlı MÜHÜM XƏBƏR – Nə vaxtdan CƏRİMƏLƏNƏCƏKLƏR?


Həmin məlumatları vaxtında təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Bəs, bu yenilik taksi sahəsində hansı yeniliklərə səbəb olacaq?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev uzun illərdir Azərbaycanda taksi fəaliyyətinin pərakəndə və xaotik şəkildə fəaliyyət göstərdiyini bildirib:

“Bu sahədə nə düzgün fəaliyyət sistemi və nizam-intizam var, nə də dövlətə vergi ödənişi edilir. Taksi fəaliyyəti ilə məşğul olanlar da digər vətəndaşlar kimi vergi ödəməyə borcludurlar və vergilərdən azad deyillər. Buna görə də Dövlət Vergi Xidməti belə bir addım atım atır”. 

Ekspertin dediyinə görə, sanksiyanın tətbiq olunub-olunmaması taksi şirkətlərinin verəcəyi hesabatdan asılı olacaq:

“Tutaq ki, hansısa şirkət bir ay ərzində 50 taksini xidmətə göndərib, yaxud 30 sifariş qəbul edib və müəyyən qədər vəsait əldə edib. Bunun müqabilində də həmin şirkət dövlətə müəyyən məbləğdə vergi ödəyəcək. Bir sözlə, göstərilən hər xidmət haqqı əsasında vergi rüsumu mövcuddur. Dövlət büdcəsi vergilər əsasında formalaşdığı üçün vergi tətbiq olunmalıdır”. 

Ekspert, nəzərdə tutulan 1000 manatlıq sanksiya məbləğinin elə də böyük olmadığını qeyd edib:

“Kifayət qədər aşağı rəqəmdir. Çox güman ki, ilk sanksiya olduğu üçün belə məbləğ müəyyən olunub. Taksi fəaliyyəti kifayət qədər böyük olduğu üçün 1000 manatın elə də ciddi təsiri olmayacaq. Çox güman ki, ikinci mərhələdə bu məbləği artıracaqlar. 

Ona görə ki, əksər şirkətlər bu cəriməni ödəyərək fəaliyyətlərini sürdürəcəklər və ya vergidən yayınmağa davam edəcəklər. Digər qayda pozuntularında, yaxud düzgün hesabat vermədikdə isə daha yuxarı məbləğli cərimələr tətbiq olunacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO