Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub

Hazırda oxunan: Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub
174603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36458,5 mln. manat icra olub ki, bu da 2022-ci illə müqayisədə 4393,9 mln. manat və ya 13,7 faiz çoxdur.
Strukturuna görə 2023-cü il dövlət büdcəsi xərclərinin 19833,8 mln. manatı və ya 54,4 faizi cari xərclərə (2022-ci illə müqayisədə 2094,8 mln. manat və ya 11,8 faiz çox), 15442,2 mln. manatı və ya 42,4 faizi əsaslı xərclərə (2022-ci illə müqayisədə 2908,6 mln. manat və ya 23,2 faiz çox), 1182,5 mln. manatı və ya 3,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2022-ci illə müqayisədə 609,5 mln. manat və ya 34,0 faiz az) yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO