GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçdi

GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçdi

Hazırda oxunan: GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçdi

172960

Yanvarın 11-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Parlament Assambleyasının videokonfrans formatında komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatları – Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, üzvləri Əli Məsimli, Fatma Yıldırım və Cavid Osmanov təmsil ediblər.

Əvvəlcə qurumun komitələrinin onlayn birgə iclası keçirilib. Tədbirdə GUAM məkanında hərbi və təhlükəsizlik sahəsində son vəziyyət, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq, üzv dövlətlərin iqtisadi, humanitar davamlılığına və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş parlament fəaliyyəti və bir sıra digər məsələlərə baxılıb.
Sonra GUAM PA-nın Büro iclası olub. İclasda qurumun komitə iclaslarının nəticələri, milli nümayəndə heyətlərinin tərkibinin təsdiqi, 16-cı sessiyanın Kommünike layihəsi, növbəti iclasın tarixi və yeri ilə bağlı məsələlər nəzərdən keçirilib.

Həmin gün həmçinin GUAM Parlament Assambleyasının 16-cı sessiyası keçirilib.

Onlayn tədbirdə ölkələrin suverenliyi və ərazi bütövlüyü, parlamentlərarası əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə olunub.

Tədbirdə GUAM PA-nın 16-cı sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.

Sessiyada GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO