Daha 17 nəqliyyat vasitəsi ÖZƏLLƏŞDİRİLDİ 

Daha 17 nəqliyyat vasitəsi ÖZƏLLƏŞDİRİLDİ 

Hazırda oxunan: Daha 17 nəqliyyat vasitəsi ÖZƏLLƏŞDİRİLDİ 
170122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılmış əmlaklara 91 sifariş qəbul edilib. 

Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15 000 manat olsa da, son təklif 42 000 manata yüksəlib. Start qiyməti 9 000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi isə 14 090 manata özəlləşdirilib. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/37DUS8 linki vasitəsilə tanış olmaq olar. 

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO