Birgə yaradılan investisiya fondu Azərbaycana nə vəd edir? – Natiq Cəfərli açıqlayır

Birgə yaradılan investisiya fondu Azərbaycana nə vəd edir? – Natiq Cəfərli açıqlayır

Hazırda oxunan: Birgə yaradılan investisiya fondu Azərbaycana nə vəd edir? – Natiq Cəfərli açıqlayır
16708
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Birgə investisiya fondunun yaradılmasının əsas məqsədi həm Azərbaycanda, həm Türkiyə ərazisində əhəmiyyətli layihələri investisiya ilə təmin etməkdir. Çox güman ki, işğaldan azad olunmuş torpaqlarda da ciddi və birgə layihələrin həyata keçirilməsi düşünülür”. 

Bu sözləri Bizim.Media ilə açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan və Türkiyə birgə investisiya fondunun yaradılmasının prioritetləri  haqqında danışarkən deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə birgə investisiya fondu yaradır


Onun sözlərinə görə, birgə investisiya fondu Azərbaycan və Türkiyə arasında həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini təmin edə biləcək.

“İnvestisiya daha uzun müddətli və əlverişli şərtlərlə həm biznes üçün, həm dövlətlə biznesin birgə layihələrinin  həyata keçirilməsi üçün sərf olunacaq. Bu da təbiiki gələcəkdə əlavə iş yerləri deməkdir ki, bu da iqtisadi aktivliyin yüksəlməsinə xidmət edən addımlarla müşahidə ediləcək.

Yəni bu özü-özlüyündə hər iki ölkə arasında yaxınlaşmanın və iqtisadi inteqrasiyanın növbəti bir mərhələsidir”.

Qeyd edək ki, bu gün keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair dəyirmi masada iki ölkə arasında birgə investiya fondunun yaradılması haqqında qərar verilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO