Son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan vəsaitdə 1 mlrd. manata yaxın ARTIM 

Son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan vəsaitdə 1 mlrd. manata yaxın ARTIM 

Hazırda oxunan: Son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan vəsaitdə 1 mlrd. manata yaxın ARTIM 

159821

Son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat ( 70 faiz) artım olub. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ 435 manat olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir: 

"Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış beynəlxalq dollar ilə ifadədə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub. Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də beynəlxalq dollar ilə ifadədə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub". 

Nazir həmçinin deyib ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı çərçivəsində postmüharibə dövründə 5300, ümumilikdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib: 
"Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib. Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsə dəstək yönümlü 309 min xidmət göstərilib".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO