Bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri QAYTARILIB 

Bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri QAYTARILIB 

Hazırda oxunan: Bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri QAYTARILIB 

159711

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 112,6 milyon manatı qaytarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,4 milyona yaxın istifadəçi qeydə alınıb.

Layihənin tətbiq edildiyi vaxtdan bu il oktyabrın 1-nə qədər portalda qeydiyyatda olan istehlakçılara ümumilikdə 1,2 milyarddan çox kassa çeki üzrə 474,1 milyon manat ƏDV məbləği geri qaytarılıb. 
Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. 

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir.

Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 93 mindən çoxdur. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16,1 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% artıqdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO