Donald Trampın prezident seçilməsi ABŞ dollarını ucuzlaşdırıb

Donald Trampın prezident seçilməsi ABŞ dollarını ucuzlaşdırıb

Hazırda oxunan: Donald Trampın prezident seçilməsi ABŞ dollarını ucuzlaşdırıb

157986
ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi dolların digər xarici valyutalara nisbətdə məzənnəsinin aşağı düşməsinə səbəb olub.
xa0
“APA-Economics”x9d “İnterfax”x9d agentliyinə istinadən xəbər verir ki, D.Trampın ABŞ-ın yeni prezidenti seçilməsindən sonra birjalarda avronun ABŞ dollarına nisbətdə məzənnəsi 2,2% yüksələrək 1,1270 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün ticarət əməliyyatları zamanı 1 avro 1,1026 ABŞ dollarına bərabər olub.
xa0
ABŞ-da prezident seçkilərindən sonra Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalların azalması da avronun məzənnəsinin yüksəlməsinə səbəb olub. İndi analitiklər FES-in dekabrdakı iclasında faiz dərəcələrini yüksəltmək ehtimalı 50% səviyyəsində dəyərləndirir. Halbuki, buna qədər investorlar FES-in dekabrdakı iclasında faiz dərəcələrinin yüksəlmə ehtimalının 80% olduğunu bəyan ediblər.
xa0
Müdafiə aktivlərindən hesab olunan İsveçrə frankı və Yaponiya ieni ABŞ dollarına nisbətdə müvafiq olaraq 2 və 3,4% bahalaşıb. İndi 1 dollar 0,9583 franka dəyişdirilir. 101,76 ien isə 1 ABŞ dollarına bərabərdir. xa0
xa0
Bundan fərqli olaraq, xa0Meksika pesosu dollara nisbətdə 11% ucuzlaşıb. Bu son 20 ilin rekord göstəricisi sayılır. İqtisadçıların fikrincə, D.Trampın prezident olması ABŞ və Meksika arasında əlaqələrin pisləşməsinə, ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. Çünki, respublikaçı namizəd Meksika və Kanada ilə azad ticarət zonasının ləğv ediləcəyini bəyan etmişdi.
xa0
Yeri gəlmişkən, Kanada dolları ABŞ dolları ilə müqayisədə 1,4% dəyərdən düşüb. xa0Avstraliya və Yeni Zelandiya dolları ABŞ dollarına nisbətdə müvafiq olaraq 1,9% və 1% ucuzlaşıb. Buna səbəb kimi, hər iki ölkədə ixracının böyük hissəsinin təşkil edən qiymətli metalların ucuzlaşması göstərilir.xa0
xa0
Ekspertlər əlavə edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumdan sonra D.Trampın prezident seçkilərində gözlənilmədən qalib gəlməsi dünya valyuta bazarına ikinci ciddi şoka səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO