İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Hazırda oxunan: İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...
628086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə baş tutan telefon danışığı ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda vurğulayıb.

Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib.
 

"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - o bildirib.


İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb. Ukrayna lideri Volodimir Zelenski, öz növbəsində, "Telegram"da yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO