''Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi Azərbaycandakı kimi heç yerdə qarşılamayıblar".
Bizim.Media xəbər verir ki, Ermənistanın U17 yığma komandasının baş məşqçisi Qaqik Xaçatryan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, komandası yarışda uğursuz çıxış etməyib:
"Bu gün bir finalçımız və bir bürünc medalçımız oldu. Bundan əlavə, bir idmançımız beşinci yeri tutdu. Sabah isə daha iki idmançımız təsəlliverici görüşlərdə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq".
Baş məşqçi Bakıda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:
"Bakı haqqında fikirlərim çox müsbətdir. Təşkilatçılıq çox yüksək səviyyədədir. Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar. Burada hər şey dəqiq təşkil olunub - əlaqələndirmə, yarışın təşkili, ümumi iş prosesi. Sadəcə, hər şey yüksək səviyyədədir. Mən 20 yaşım olanda da Bakıda olmuşam. O vaxt burada güləşmişdim. Amma həmin dövr tamam başqa idi. İndi isə Bakı çox inkişaf edib. Gözəl yollar, böyük bağlar və parklar salınıb. Şəhər çox xoşuma gəldi. Bu İdman Sarayı (Milli Gimnastika Arenası - red.) da çox gözəldir".
Xaçatryan azarkeşlər barədə də müsbət fikirlər səsləndirib:
"Onlar bizə çox mehriban münasibət göstərirdilər, heç kim mənfi davranmırdı. Azarkeşlər ədalətli mübarizəni, təmiz idmanı dəstəkləyirdilər. Hakimlik də ən yüksək səviyyədə idi. Məncə, ən vacib məqam da elə budur. Bəli, hakimlik həqiqətən çox yüksək səviyyədə idi". (oxu.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
20:45 / 28.07.2026
Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”
Hazırda oxunan: Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”
Hazırda oxunan: Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”
628056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































