Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Hazırda oxunan: Göyçayda hektarlarla ərazi yanır - VİDEO
628043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisindən başlayıb və digər yaxın kəndlərin istiqamətində yayılıb.

Güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş ərazini bürüyüb.
 

Yanğın nəticəsində dağlıq və düzənlik ərazilərdə yerləşən hektarlarla örüş sahəsi, biçilmiş taxıl zəmiləri və kolluq ərazilər yanıb. Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay üzrə yerli bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Yanğınla mübarizə fasiləsiz davam etdirilir. Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO