Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Hazırda oxunan: Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir
628034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belqrad şəhərində 28 iyul tarixində Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
 

Tərəflər, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.


Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində F. Rzayev həmçinin Serbiya Respublikası Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Respublikası Milli Assambleyasının sədr müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO