Norveçdə sulfat turşusu daşıyan "Bergstraum" tankerində yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "NRK" portalı məlumat yayıb.
Hadisə iyulun 28-də günorta saatlarında Hvaler bələdiyyəsi ərazisində baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, gəmi saya oturub, bundan sonra partlayış baş verib və göyərtədə yanğın qeydə alınıb.
Tanker Norveçin "Utkilen" gəmiçilik şirkətinə məxsusdur və neft, eləcə də kimyəvi maddələrin daşınması üçün qeydiyyata alınıb.
Portalın məlumatına görə, gəminin göyərtəsində 15 nəfər olub. Heyət üzvləri Baltikyanı ölkələrin və Filippin vətəndaşlarından ibarətdir. Şirkətdən verilən məlumata görə, gəmidəki yanğın artıq söndürülüb.
Nəşrdə qeyd olunur ki, hələlik sulfat turşusunun sızması qeydə alınmayıb.
Bizim.Media







































































































