Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Hazırda oxunan: Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

628082

Ermənistanda 19 yaşlı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu A. N. amansızcasına döyülüb. Onun vəziyyəti o qədər ağır olub ki, onu Kanazdakı hospitala köçürməyə məcbur olublar.

Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan məlumat verib.

“Mənə 19 yaşlı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu A. N.-nin amansızcasına döyülməsi barədə həyəcanlı siqnal daxil oldu.

Onun vəziyyəti o qədər ağır olub ki, onu Kanaz hospitalına köçürməyə məcbur olublar. Anası oğlunu tanınmaz halda görüb: üzü deformasiyaya uğrayıb, özü isə hallüsinasiyalar içində olub. Əsgər 6 ay əvvəl, psixi sağlamlıq problemləri olduğu halda orduya çağırılıb”.

Erməni hüquq müdafiəçisi bildirib ki, hadisə iyulun 22-də, təxminən bir həftə əvvəl Cermukdakı hərbi hissədə baş verib:

“Hadisə ilə bağlı cinayət işi açılmayıb və görünür, heç açmaq niyyətində də deyillər. Anasının sözlərinə görə, döyülmə hadisəsinin təqsirkarı zabit heyətindəndir. Ombudsman Anahit Manasyandan bu rüsvayçı hadisəyə reaksiya verməsini xahiş edirəm. Hələlik əlavə təfərrüat olmadan bu qədər”, — deyə Janna Aleksanyan yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO