Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Hazırda oxunan: Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

628072

Böyük ümidlərlə qurulan ailələr bəzən gözlənilməz səbəblərdən dağılır. Türkiyədə məhkəmələrə qədər gedib çıxan bəzi boşanma səbəbləri isə eşidənləri təəccübləndirir. Telefon asılılığından tutmuş xoruldama, xəsislik və oyun düşkünlüyünə qədər müxtəlif səbəblər ailələrin bitməsinə gətirib çıxarıb.

Bizim.Media xəbər verir ki, Türkiyədə boşanma işlərində ən çox rast gəlinən səbəblər arasında laqeyd münasibət, xəyanət, zorakılıq, iqtisadi problemlər və ailə müdaxiləsi göstərilir.

Lakin bəzi məhkəmə proseslərində gündəmə gələn qeyri-adi səbəblər də diqqət çəkir.

Məhkəmə proseslərində boşanma səbəbi kimi göstərilən bəzi hallar olduqca maraqlı və qeyri-adi olub. Hüquqi baxımdan bu cür işlər əsasən “nikah münasibətlərinin əsaslı şəkildə pozulması” kimi qiymətləndirilsə də, boşanmaya səbəb olan hadisələr bəzən cəmiyyətin diqqətini çəkir.
 

Ən çox rast gəlinən boşanma səbəbləri sırasında məsuliyyətsizlik, laqeyd münasibət, xəyanət, zorakılıq, maddi problemlər, ayrı yaşamaq, təhqir, qumar və asılılıqlar, eləcə də ailələrin evliliyə müdaxiləsi göstərilir.


Məhkəməyə çıxan maraqlı boşanma səbəblərindən bəziləri isə bunlardır:

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək və həyat yoldaşına diqqət ayırmamaq;

Daim telefonla məşğul olmaq, həyat yoldaşı ilə ünsiyyət qurmamaq;

Kompüter oyunlarına aludə olmaq və ailə həyatını ikinci plana keçirmək;

Ev işlərində heç bir kömək etməmək;

Daim xoruldamaq, diş qıcırdatmaq və müalicədən imtina etmək;

Həddindən artıq qısqanclıq göstərmək və həyat yoldaşını daim izləmək;

Həyat yoldaşının ailəsinin münasibətlərə davamlı müdaxiləsi;

Şəxsi gigiyenaya diqqət etməmək;

Ortaq evi tez-tez tərk etmək;

Qumar və onlayn mərc asılılığı;

Spirtli içki və digər maddələrdən asılılıq;

Həyat yoldaşının sosial çevrəsini məhdudlaşdırmaq;

Davamlı təhqir və alçaldıcı davranışlar;

Borcları gizlətmək və ailənin maddi vəziyyətini riskə atmaq;

Evə qonaq qəbul etməmək;

Həddindən artıq xəsislik etmək və həyat yoldaşına ciddi qənaət təzyiqi göstərmək;

İş səbəbindən tez-tez səfərlərə getmək;

“Səni sevmirəm”, “mən olmasam heç kimsən”, “səninlə evləndiyimə peşmanam” kimi ifadələr işlətmək;

Xəstə həyat yoldaşına qulluq etməmək;

Daim iş dəyişmək;

Yeni həyat yoldaşını vəfat etmiş əvvəlki həyat yoldaşı ilə müqayisə etmək;

Həyat yoldaşına “alo” deyə müraciət etmək;

Hazırlanan yeməkləri davamlı tənqid etmək;

Daim çayxanada vaxt keçirərək ailəni laqeyd qoymaq;

Başqa evə köçmək imkanı olduğu halda məcburi şəkildə ailə ilə birlikdə yaşamaq.

Qeyd edək ki, Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, 2025-ci ildə ölkədə 193 min 793 cütlük boşanıb. Statistikalar göstərir ki, nikahların ən həssas dövrü ilk illərdir. Boşanmaların 34 faizi evliliyin ilk 5 ilində, 20,3 faizi isə 6-10 il arasında baş verib. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO