Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Hazırda oxunan: Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
628065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aztəminatlı ailələrin çoxuşaqlı olması illərdir cəmiyyətdə müzakirə və fikir ayrılığına səbəb olan məsələlərdən biridir.

Bir qisim hesab edir ki, ailənin maddi imkanları uşaqların ehtiyaclarını qarşılamağa kifayət etmirsə, övlad sayını artırmaq düzgün yanaşma deyil.

Digərləri isə uşağın öz ruzisi ilə dünyaya gəldiyini düşünərək bunu normal qarşılayırlar.

Bu mövzu son günlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. "TikTok” platformasında 11 yaşlı oğlu Adəmlə etdiyi canlı yayımlarla tanınan Sadiq Mirzəyev və ailəsi də bu müzakirələrin mərkəzinə düşüb. Maddi imkanlarının məhdud olmasına baxmayaraq, Mirzəyevlər ailəsinin beşinci övladı dünyaya gəlib.

Əslən Ağcabədi rayonunun Hüsülü kəndindən olan ailənin əsas gəlir mənbələrindən biri TikTok platformasıdır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “azxeber.com”a danışan sosioloq Mail Yaqub bildirib ki, çoxuşaqlılıq bəzi ailələr üçün həyat tərzinin bir hissəsidir:

"Bu bir mədəniyyətdir, bəzi ailələrin xarakteri, mədəniyyəti, həyat tərzi və dünyagörüşü belədir. Onlar uşaq dünyaya gətirməyi sevirlər. Baxın, ötən əsrin 60-70-ci illərində vəziyyət necə idi? Ailələr maddi imkana baxmırdılar, hərəsinin 5, 6, hətta 10 uşağı var idi. Amma müasir dövrdə vəziyyət dəyişib. Biz artıq daha çox gələcəyi düşünürük. Azərbaycanda doğum halları kəskin azalıb və bu bizi nigaran edir. Amma bəzi ailələr bu mədəniyyəti hələ də qoruyub saxlayırlar. Biz bundan narahat olmamalıyıq”.

Sosioloq qeyd edib ki, övlad sayına görə ailələri qiymətləndirmək düzgün yanaşma deyil:

"Əslində, hər bir ailənin özünəməxsus mədəni baxışı, həyat tərzi və həyata münasibəti var. Məsələn, düşünür ki, mən 4, 5, 6 uşağa sahib olub onları böyüdə bilərəm. Kasıb yaşasam da, əsas odur ki, mənim uşağım çox olsun. Bu, şəxsi seçimdir. Bu o anlama gəlmir ki, həmin adamın intellektual səviyyəsi aşağıdır. Xeyr, ola bilər maddi imkanı zəifdir, amma çalışqan adamdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO