Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Hazırda oxunan: Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

628054

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, istefaya səbəb onun sağlamlıq vəziyyəti olub.

"Baş nazirlə məsləhətləşmədən sonra mədəniyyət naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Səhhətimlə əlaqədar olaraq təcili müalicə kursu keçməliyəm. Bu isə mənə nazir kimi vəzifələrimi lazımi səviyyədə yerinə yetirməyə imkan verməyəcək", – deyə Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.
 

Artıq sabiq nazir olan Ruxadze mədəniyyətin xüsusi diqqət və qayğı tələb edən bir sahə olduğunu qeyd edib.


"Çox təəssüf edirəm ki, səhhətim çox sevdiyim və mənim üçün ən dəyərli olan bu işə lazımi diqqəti ayırmağa imkan vermir", – deyə o vurğulayıb.

Ruxadze göstərdiyi etimada görə Baş nazirə, həmçinin dəstək və əməkdaşlığa görə hökumətin hər bir üzvünə təşəkkür edib.

"Təşəbbüslərimizi dəstəkləyən hər kəsə minnətdaram. Yorulmaz əməyinə və fədakar xidmətinə görə Mədəniyyət Nazirliyinin hər bir əməkdaşına xüsusi təşəkkürümü bildirirəm. Mən sizin pərəstişkarınız olaraq qalıram və sizə uğurlar arzulayıram!"

Tinatin Ruxadze Gürcüstan Mədəniyyət Nazirliyinə 2024-cü ilin oktyabrında rəhbərlik etməyə başlayıb. Ondan əvvəlki mədəniyyət naziri isə Teas Tsulukiani olub. Tsulukiani 2024-cü il parlament seçkiləri ərəfəsində "Gürcü Arzusu" partiyasının seçki siyahısına daxil edilməsi ilə əlaqədar istefa vermişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO