Bu tarixdən Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Bu tarixdən Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Hazırda oxunan: Bu tarixdən Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq
147107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonrlarından etibarən isə kirayə mənzillərə təlabat kəskin artır.

"Minlərlə insanın Bakıda ev axtarmağa başlaması da qiymət artımına təsir edən əsas amildir. Ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır", - deyə o, əlavə edib.

E.Fərzəliyev qeyd edib ki, Bakıda bina evlərinin satışında da ciddi azalma var.

"Bu da daha çox mövsümlə bağlıdır. Tələbat az olduğuna görə qiymətlər müəyyən qədər sabit qalıb. Avqustun sonundan etibarən satışa çıxarılan mənzillərin də qiymətlərində artımların olması proqnozlaşdırılır.
Yay mövsümündə regionlarda isə kirayə evlərin qiymətləri kəskin bahalaşır. Bu gün regionlarda qiymətlərə nəzər salsaq, paytaxtdakı qiymətlərlə eyni olduğunu hətta bəzən baha olduğunu görürük", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO