Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin ETDİ - FOTO  

Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin ETDİ - FOTO  

Hazırda oxunan: Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin ETDİ - FOTO  
146591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib. 

Bizim.Media AMB-yə istinadən xəbər verir ki, bu, Şahin Mahmudzadədir. 

Yeni təyinatla sədrin müşavirlərinin sayı 3-ə çatıb. 

Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib. 
O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub. 

Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin ETDİ - FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO