Neft Fondunun aktivləri 49 milyard ABŞ dollarını ötüb

Neft Fondunun aktivləri 49 milyard ABŞ dollarını ötüb

Hazırda oxunan: Neft Fondunun aktivləri 49 milyard ABŞ dollarını ötüb

143244

Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən ilin əvvəlinə 45,03 milyard ABŞ dollarına bərabər olan aktivləri 2022-ci ilin sonunda artaraq 49,03 milyard ABŞ dollarına yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.

Ümumi portfelin 62,1 faiz və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 faiz və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya olunub.

Portfelin 6,2 faiz və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1 faiz və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin sonuna Fondun investisiyaları 66 ölkə və 17 valyutanı əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO